Tünzalə Ağayeva Şuşaya getməsindən danışdı:  "Çox xoşbəxtəm"
23 dekabr 2020 13:30 (UTC +04:00)

Tünzalə Ağayeva Şuşaya getməsindən danışdı: "Çox xoşbəxtəm"

Xalq artisti Tünzalə Ağayeva Şuşaya - Cıdır düzünə səfər etməsindən danışıb.

Lent.az-a açıqlama verən müğənni bildirib ki, ən böyük arzusunu gerçəkləşdirib:

"Şuşaya səfər etmək adama möhtəşəm hiss bəxş etdi. Bu hissi sözlərlə izah etmək olmur. Sənət dostlarımla birgə musiqi beşiyimiz Şuşada olduq. Burada igid Azərbaycan oğullarını, əsgərlərini gördük. Başda Ali Baş komandan İlham Əliyev və ordumuzun sayəsində bu sevinci yaşadıq. Bu sevinc qəlbimizdə əbədi olacaq. Şuşanın möhtəşəm Gövhərağa məscidində sənət dostlarım azan səsləndirdi. Bu gözəl anları yaşadığım üçün özümü çox xoşbəxt hiss edirəm". 

# 2076
avatar

Yalçın UĞUR

Oxşar yazılar