ABŞ-ın keçmiş prezidenti Donald Tramp özünü "Rok-n-roll" kralı Elvis Presliyə bənzədir.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, keçmiş prezident Elvisin üzünün yarısının özünün yarısı ilə birləşmiş şəklini paylaşıb.
"İllərdir insanlar Elvislə mənim bir-birimizə bənzədiyimizi deyirdilər. İndi bu foto hər yerdə yayılıb. Nə fikirləşirsiniz?", - Tramp yazıb.
İzləyicilər şərhlərində onların bənzər olduqlarını yazıblar.