“Toppuş bacı”nı yola salan sənətçilərin dedikləri ÇOX TƏSİRLİDİR
23 yanvar 2023 12:11 (UTC +04:00)

“Toppuş bacı”nı yola salan sənətçilərin dedikləri ÇOX TƏSİRLİDİR

Əməkdar artist Tünzalə Əliyeva ilə vidalaşan sənət dostları çox kədərlidirlər.  

Yaxınları onunla bağlı fikirlərini Lent.az-a bölüşüblər.

Aktrisa Xuraman Əliyeva: “Sonuncu dəfə danışanda demişdi ki, şad xəbər verəcəyəm sənə. Demirdim ki, kaş sən əməliyyat etdirməzdin. Onun seçimi o idi. Deyirdim ki, sən “toppuş”, kilolu olsan da, hər halınla gözəlsən, xəstəliyə yaxalansan da, hamı səni sevirdi, mənim xatirəmdə “toppuş bacı” kimi qalacaqsan.

Həddən artıq güclü qadın idi. Mən panik attakt keçirəndə deyirdi ki, bax mənə, güclü ol. Qızı Zəhra ilə bağlı vəsiyyət etdi. Onun toyunu görmək istəyirdi. Deyirdi ki, sevmək-sevilməyin və ana olmağın bu qədər gözəl olduğunu bilsəydim, tez evlənərdim. Nə sevdiyindən, nə də övladından doya bildi. Neyləyək, tale belə gətirdi. Elə bilirəm yanımdadır indi də, hələ də inanmıram ölümünə”.

İrəvan Dövlət Teatrının direktoru İftixar Piriyev:

“Tünzalə xanım ömrünün son vaxtlarında kollektivə gəldi. Hamı ilə halallaşdı. Biz onun hallaşması ilə razılaşmadıq. Yeri nurla dolsun, Allah bircə övladını qorusun”.

“Soy” pradakşının rəhbəri Oqtay Əliyev:

“Tünzalə xanım təxminən, 17 ilə yaxındır ki, “Soy” pradakşının aparıcı qüvvələrindən biri olub. Bütün veriliş və seriallarda sütunlardan biri olub. İnanın, ona nəyi həvalə edirdiksə, canla-başla yerinə yetirirdi. Görün, nə qədər uğuru var. Hamısını özü, istedadı hesabına qazanıb. Tamaşaçılarını o qədər sevirdi ki, onları sevindirmək üçün əlindən gələni edirdi. Gələcəyə çox böyük arzular qurmuşdu. Təəssüflər olsun ki, bu gün bizdən ayrılır. O, tamaşaçılarını belə gözləri yaşlı, qəmgin görmək istəməzdi. O, həmişə bizim qəlbimizdə qalacaq”.

Şairə Nazilə Səfərli:

“Tünzalə heç kimə pislik etmədən, heç kimin qəlbini qırmadan gülə-gülə bu dünyadan köçdü. Yeni mənzilin o dünyada heç mübarək olmasın, bacım. Övladına gözəl günlər qismət olsun. Həm sənət yoldaşlarının, həm dostlarının sənə vəfa borcu var”.

Aktyor Rəfael İsgəndərov:

“Tünzalə xanımı tələbə vaxtından indiyə qədər çox pozitiv, gülərüz biri kimi tanıyırdıq. Gözəl dost, gözəl insan idi. Sonuncu dəfə votsapla yazışmışdıq. Məndən ona dua etməyimi xahiş etmişdi. Biz onunla həm də 2010-cu ildə Həcc yoldaşı olmuşuq. Bircə onda gördüm ki, xəstəliyə tab gətirə bilmir. Ancaq çox iradəli idi. Allah bütün doğmalarına səbir versin”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5583
avatar

Nigar Namiq

Oxşar yazılar