"Toppuş bacı" yenidən xəstəxanada - SON HALI  -  FOTO
17 dekabr 2021 11:03 (UTC +04:00)

"Toppuş bacı" yenidən xəstəxanada - SON HALI - FOTO

Əməkdar artist Tünzalə Əliyeva yenidən xəstəxanaya yerləşdirilib.

Lent.az-ın məlumatına görə, saçlarını yenidən qırxdıran "Toppuş bacı" bu barədə sosial şəbəkədəki səhifəsində yazıb: 

“Bu da 34-cü kimya terapiyam. İnşallah, hər şey yaxşı olacaq. Dualarınızı əskik etməyin. Milli Onkologiya Mərkəzinin rəhbəri Cəmil Əliyevə və onun bütün tibb personalına təşəkkürümü bildirirəm”. 

Qeyd edək ki, "Toppuş bacı" ləqəbli aktrisa uzun müddətdir xərçəngdən əziyyət çəkir. Şiş əvvəl aktrisanın uşaqlıq yolunda idi. Daha sonra şiş sənətçinin böyrək damarlarına və ağciyərinə yayılmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4578
avatar

Yalçın UĞUR

Oxşar yazılar