Tom Kruz özündən  25 yaş kiçik   deputat qızı ilə göründü
05 fevral 2024 12:54 (UTC +04:00)

Tom Kruz özündən 25 yaş kiçik deputat qızı ilə göründü

Hollivud ulduzu Tom Kruz özündən 25 yaş kiçik rus qadınla görüşərkən paparassilərin kameralarına yaxalanıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, aktyor rusiyalı milyarder xanım Elsina Xayrova ilə görüşdə görüntülənib. Sevgililərin fotoları “Just Jared” saytında dərc olunub.

61 yaşlı Tom Kruz fevralın 3-də Londonda helikopterdən düşərkən onu 36 yaşlı Elsina qarşılayıb. 

Elsina rusiyalı deputat Xayrovun qızı və brilyant istehsalı ilə məşğul olan oliqarxın keçmiş arvadıdır. Cütlük ötən ilin dekabr ayından birlikdədir.
 

# 4308
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar