Aparıcı-prodüser Tarix Əliyev “XəzərTV”dən ayrılıb.
Lent.az-ın məlumatına görə, prodüser bu barədə həmin kanalın rəhbəri, Xalq artisti Murad Dadaşova ərizə ilə müraciət edib: “Yazıb sizdən xahiş edirəm ki, mənim 07.102021-ci il tarixindən öz istəyimlə əmək müqaviləmə xitam verək, işdən azad edəsiniz”.
Qeyd edək ki, Tolik həmin kanalda “Hər şey daxil” verilişini aparırdı. M.Dadaşov həmin kanala rəhbər seçiləndən bir müddət sonra sözügedən veriliş bağlanmışdı.