14 iyundan etibarən Türkiyədə də izləyicilərin istifadəsinə verilən dünyaca məşhur rəqəmsal platforma “Disney Plus” yeni reklam üzü seçib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, reklamın yeni üzü “türk sənət musiqisinin anası” Sezen Aksudur. Bu, Sezenin kariyerasında bir ilkdir.
Belə ki, “Kiçik sərçə”nin həyatı ilə bağlı serial və ya film çəkiləcəyi mediada məlumatlar var.
Qeyd edək ki, platformanın bir vaxtlar ən böyük çalışmaları müğənni Tarkanla olmuşdu.