Türkiyəli DJ Mert Aydının bacısı Selen Görgüzel Merve Boluğura sərt sözlər ünvanlayıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən axşam Türkiyədə restoranların birində səhnəyə çıxan Selen Görgüzel Merve Boluğurla qısa evliliyi ilə tanınan DJ Mert Aydın münasibəti barədə açıqlama verib.
Görgüzel Merve Boluğurun musiqi əsərləri ilə bağlı "Anası ya da bacısı olsaydım döyərdim", "Əgər ruhi xəstəsənsə get müalicə al" deyib. Boluğur sosial şəbəkədə bu sözlərə sərt cavab verib. Boluğurun cavabı xatırlananda Selen Görgüzel belə danışıb:
“Bu, çox ciddi qəbul ediləcək bir şey deyil. Çünki dostumuz ciddi qəbul olunacaq vəziyyətdə deyil. Mən sadəlövh bir açıqlama verdim. Amma təəssüf ki, o, zehni qabiliyyətlərini o qədər itirib ki, hətta bunu dərk edə bilmir. Normalda cavab verəcəyim və məşğul olacağım bir ad deyil. Mən daşıdığım soyadla və 9 il yaşadığım evliliklə fəxr edirəm. Mən onların evliliyini 3 günə bitirən biri deyiləm.
9 il ailə həyatıma davam etdim. Sənət camaatı kimi diqqət mərkəzində olduğumuz bir həyatda gözəl bir evlilik idi. Bitdi, amma mən hələ də keçmiş həyat yoldaşımı hörmətlə qarşılayıram. Türkiyənin ən önəmli və hörmətli rejissorlarından biridir. Ümid edirəm ki, bir gün o, “o, bu” dediyi rejissorun layihəsində iştirak edə bilər”.