Tanınmış müğənnimizə 100 min dollar "ATDILAR"
18 oktyabr 2021 17:00 (UTC +04:00)

Tanınmış müğənnimizə 100 min dollar "ATDILAR"

Müğənni Rüfət Axundova qarşı 100 min dollarlıq dələduzluq edilib.

Lent.az-ın məlumatına görə, ifaçı bu barədə “Onun sirri” verilişində bildirib.

O, qeyd edib ki, hadisə bir neçə il öncə olub: "Biznes sahəsində eniş də, qalxış da olub. Birləşmiş Ərəb Əmirliklərində bir an oldu ki, avtomobil almaq və Azərbaycana gətirmək istədim. Ərəblə iş görürdük, dəfələrlə işlədik. Son maşınların pulunu göndərdim, deyilən, tarixdə gəlmədi. Axırıncı günə kimi əlaqə saxlayırdıq. Son gün zəng etdik ki, nə var, nə yox. Telefon bağlı oldu. Yenidən Dubaya yola düşdüm, ofisdə onu tapa bilmədim. Evində də qonaq olurduq. Məlum oldu ki, ev də kirayə imiş. 10-dan çox maşın idi, amma gəlmədi. Həmin gündən adamı tapa bilmirəm".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 74718
avatar

Yalçın UĞUR

Oxşar yazılar