Türkiyəli müğənni Yusuf Güney maraqlı açıqlamaları ilə gündəmə gəlib.
Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, o, astral səyahətə çıxdığını və bu səyahət zamanı ölülərin ruhları ilə söhbət etdiyini bildirib. Müğənni həmçinin astral səyahət zamanı 9 ildir komada olan teleaparıcı Kenan Işıkla da görüşüb söhbət etdiyini iddia edib.
"Astral səyahətdə 3 insanla qarşılaşdım. Onlardan biri də Kenan Işık idi. O, İllərdir gəzir. Özünü o aləmdə daha rahat hiss edir”, deyən müğənni əlavə edib ki, Kenan bəy komada olarkən çox şey görüb, oyansa çox şey danışacaq.
Yusuf Güney astral səyahətə hindistanlı yoqa ustalarının uzunmüddətli təlimləri nəticəsində öyrəndiyi bilgilər əsasında çıxdığını bildirib.
Müğənninin bu iddiası izləyiciləri tərəfindən inanmsızlıqla qarşılanıb.