Əməkdar artist Nigar Şabanova həyat yoldaşı ilə yollarını ayırıb.
Lent.az xəbər verir ki, müğənni bu barədə “Səhər Mərkəzi” verilişində danışıb.
O boşandığını gizlətsə də, ilk dəfə verilişdə ona ünvanlanan suala cavab verərkən, etiraf edib.
Qeyd edək ki, Nigar Şabanova XTQ giziri Xəyyam Qaragözovla ötən il ailə qurub.