Aparıcı Mikayıl Güləddinoğluna silahlı hücum edilib.
Lent.az-ın məlumatına görə, “Bazar düzü” verilişinə qonaq olan aparıcı bildirib ki, hadisə illər öncə olub:
“Çox imkanlı bir adamın toyunda aparıcılıq edirdim. Həmin vaxt toy yiyəsi dedi ki, Nadir Qafarzadə mahnını saxlasın, başqası oxusun. Qudası da söylədi ki, Nadir oxuyacaq. Bu mübahisənin sonunda silah çıxartdılar, məni axtarırdılar ki, vursunlar. Həmin vaxt Nazənin xanım məni qapının aşağısından düşürtdü, otelimi də dəyişdirdi ki, məni tapmasınlar. Onların imkanı çox idi, hər şey edə bilərdilər”.