Tanınmış aparıcının burnu çürüyür - Əməliyyatın qurbanı oldu
19 mart 2021 09:07 (UTC +04:00)

Tanınmış aparıcının burnu çürüyür - Əməliyyatın qurbanı oldu

Belaruslu aparıcı Anastasia Balinskayanın başına iş gəlib.

Lent.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bir neçə il əvvəl burun əməliyyatı keçirən aparıcının hazırda burun toxumalarında çürümə gedir. Bir çox dərmanlardan və kimyəvi məhlullardan istifadə etsə də, həkimlər çürümənin qarşısını almağın qeyri-mümkün olduğunu bildiriblər.

Aparıcı bu bardə sosial şəbəkədəki səhifəsində açıqlama yayıb: “Plastik əməliyyat qurbanı oldum. İlk dəfə bıçaq altına yatdığım günə lənət edirəm. Həkimlər burnuma süni implant yerləşdirdilər. Bunu da bədənim qəbul etmədi və çürüməyə başladı. Əgər yenidən əməliyyat olunmazasam, burnum tamamilə yox olacaq. Xahiş edirəm, mənə kömək edin”.

Aparıcı Anastasia Balinskaya

# 30891
avatar

Yalçın UĞUR

Oxşar yazılar