Aktrisa Hazar Ergüclü özündən 19 yaş böyük sevgilisi, rejissor Onur Ünlü ilə 5 illik münasibətlərini başa vurduqdan sonra, yollarını musiqiçi Kutay Soyacak ilə birləşdirib.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Hazar və Onur dünən İstanbulun Nişantaşı məhəlləsində, “Asmalı Cavit” adlı restoranda baş - başa romantik bir axşam keçiriblər.
Cütlük ətrafdan onları izləyən maraqlı baxışlara əhəmiyyət vermədən, məkanı əl-ələ tərk edib.