Əməkdar artist Babək Niftəliyev səhnədə olan müğənnilərdən danışıb. Lent.az-ın məlumatına görə, xanəndə "Heç vaxt heç yerdə" verilişində bu sözləri deyib:
"Böyük sənətkarımız Zeynəb Xanlarovadan eşitmişəm ki, əgər sənin 40 dərəcə qızdırman varsa, onu tamaşaçıya bildirməməlisən. Biz hər zaman gözəl görsənməliyik. İstər geyimdə, istərsə də danışığımızda. Mənim səhnə arxasında min dənə problemim ola bilər. Amma o problemləri efirdə deməməliyəm. Çünki tamaşaçıya sənin problemin lazım deyil. Biz insanlara hər zaman pozitiv enerji verməliyik".