Müğənni Tacir Şahmalıoğlu qalmaqala səbəb olacaq açıqlama verib. Lent.az-ın məlumatına görə, "Elgizlə izlə" verilişində qonaq olan ifaçı bildirib ki, Azərbaycanda ondan yaxşı oxuyan müğənni yoxdur:
"Azərbaycanda məndən yaxşı oxuyan yoxdur. Bunu həmkarlarım da təsdiqləyər. Söhbət tək oxumaqdan getmir. Yaradıcı insanam. 150-dən çox şeirim var. Yaratdıqlarım məndən sonra 1 əsr də yaşayacaq. "Bayatı şirazı" tərifləməyə haqqım yoxdur? Ona elə peçat vurdum ki...".