Müğənni Tacir Şahmalıoğlu, Əməkdar artist Təyyar Bayramov və oğlu Kənan
22 dekabr 2020 09:52 (UTC +04:00)

Müğənni Tacir Şahmalıoğlu, Əməkdar artist Təyyar Bayramov və oğlu Kənan

Tacirdən qalmaqallı sözlər:"Məni təkrarlayır"

Müğənni Tacir Şahmalıoğlu Əməkdar artist Təyyar Bayramovun oğlu Kənanın onun məşhur "Bayatı şiraz"ını oxumasından danışıb. Lent.az-ın məlumatına görə, ifaçı "Elgizlə izlə" verilişində bu sözləri deyib:

"Neçə ildir sənətdəyəm, heç kimi qısqanmamışam. Mənə neçə dəfə mahnımı oxumaqla bağlı müraciət edilibsə, demişəm olar. Amma o demək deyil ki, məni təkrarlayasan. Mənim ifamdan çox önəmli yerlərdə istifadə edilib. Bu səs əvəzolunmazdır, onu ikiləməyə heç kimin ixtiyarı yoxdur. 
Təyyar Bayramovun oğlu da məni yamsılayır. Kaseti qoyub öyrənib. Eynisi deyil, ondan daha aşağı səviyyədədir. Mənim kimi oxuması mümkün deyil. Səsimdə çalarlar var ki, muncuq kimi düzmüşəm. İndi səslərin başına oyun gətirirlər, təmizləyirlər, nələr edirlər".

# 3750
avatar

Yalçın UĞUR

Oxşar yazılar