Sosial şəbəkələrdə oxuduğu mahnılar trendə düşən və məşhurlaşan qız Nuray Şahsuvarlının müğənni Nazim Pişyari (Faytonçu Nazim) qızı olduğu deyilir.
Lent.az-a açıqlama verən Nazim isə həmin Nurayın ouun qızı olmadığını bildirib.
“Təəssüf edirəm ki, o mənim qızım deyil. Nuray Sumqayıtda yaşayır və orada 2 saylı Musiqili Məktəb Liseyində təhsil alır. Mənim adımdan saxta səhifə açılıb, orda Nurayın qızım olduğu bildirilib. Lakin belə deyil”, - Nazim bildirib.
Qeyd edək ki, Nuray Şıxıyeva “Böyük dayaq” filmindən Pərşanın mahnısını ifa edib. Bu videoçarx çox sürətlə yayılıb.