Son zamanlar sənətindən çox, etdirdiyi estetik əməliyyatlarla gündəmə gələn türküçü, aparıcı Songül Karlı ilə oğlu arasında problemlər yaşanır.
50 yaşlı aparıcının 27 yaşlı oğlu anasının sosial şəbəkələrdə dekolte libaslarda şəkil paylaşmasına üsyan edir.
Lent.az-ın xəbərinə görə, oğlunu dinləməyən Songül gah bədənini nümayiş etdirir, gah da estetik əməliyyatları ilə öyünür.
O son paylaşımına gələn tənqidlərə “kaş ki, estetik əməliyyatlar mənim qədər hamıya yaraşa” şəklndə şərh yazıb.
Tamaşaçıları Songül Karlının özündən çox Hadiseye bənzədiyini yazıblar.