Bu yaxınlarda Rusiyadakı mənzilini məşhur Putin tərəfdarı Nikolay Baskova satmaq istəyən Ukraynanın xalq artisti Sofiya Rotaru bu mülkü özünə saxlamaq qərarına gəlib.
Bu barədə Rusiya mətbuatına rieltor Anastasiya Benina məlumat verib.
Lent.az xarici mediaya istinadla bildirir ki. qadının sözlərinə görə, sənətçi Moskvanın mərkəzində 125 kvadratmetr sahəsi olan mənzilin kommunal xərclərini ödəməyə davam edir.
"Sofiya Mixaylovna üç otaqlı mənzilini satmaqdan imtina edib. Üstəlik, kommunal xərcləri də o ödəyir. Daşınmaz əmlak müğənninin mülkiyyətində qalmaqda davam edir", - o vurğulayıb.
Benina ulduzun daşınmaz əmlakının qiymətini də açıqlayıb. Onun sözlərinə görə, Moskvanın keçmiş meri Yuri Lujkovun Rotaruya hədiyyə etdiyi üç yataq otağı, iki vanna otağı və yeməkxanası olan böyük mətbəxi olan mənzilin qiyməti təxminən 786 min dollar təşkil edir.
Rieltor ehtimal edir ki, Sofiya Mixaylovnanın əmlakı özünə saxlamaq qərarını belə izah etmək olar:
Yeri gəlmişkən, genişmiqyaslı müharibə başlamazdan əvvəl Rotaru Rusiyada fəal şəkildə qastrol səfərində olurdu. Lakin 2022-ci il fevralın 22-dən sonra o, özü üçün səssiz mövqe seçib və nadir hallarda öz “Instaqgram”ında Rusiya təcavüzünün nəticələrinin fotolarını dərc edir. Şayiələrə görə, müğənni hazırda xaricdədir və konsert vermir.