Mərkəzi Gömrük Hospitalında müalicə alan müğənni Səyyad Əlizadənin vəziyyıəti yaxşılaşmır.
Bu barədə Lent.az-a ifaçının kürəkəni Razim Qasımov bildirib:
“Bu gün həkimlərlə sonuncu dəfə danışdım. Vəziyyəti stabil ağır olaraq qalır. Həkimlər əlindən gələni edirlər. Amma ciddi dəyişiklik yoxdur. Süni nəfəs aparatındadır. Ümid Allahdandır. İnşallah, yaxşı olar”.
Qeyd edək ki, koronavirusa yoluxan Səyyad Əlizadə bir neçə gün öncə Mərkəzi Gömrük hospitalına yerləşdirilib və EKMO cihazına qoşulub.