Ötən gün koronavirusdan dünyasını dəyişən müğənni Səyyad Əlizadə dəfn olunub.
Lent.az-ın məlumatına görə, ifaçı doğulduğu Füzuli rayonun Babı kəndində torpağa tapşırılıb.
Qeyd edək ki, bir müddət öncə koronavirusa yoluxan müğənni dünən axşam saatlarında yerləşdirildiyi Mərkəzi Gömrük Hospitalında dünyasını dəyişib.