Ben Afflekin Cennifer Lopezdən boşanması fonunda özünə yeni sevgili tapması xəbərləri yayılıb.
Lent.az xarici mediaya istinadən bildirir ki, aktyorun seçdiyi şəxs Kennedilər sülaləsinin nümayəndəsi - 36 yaşlı Kik Kennedi olub.
52 yaşlı Ben və Robert Kennedinin qızı arasında qısamüddətli münasibət bir neçə il əvvəl, aktyor Lopezlə yenidən görüşməzdən əvvəl baş verib. İndi Ben boşandıqdan sonra Kik məşuqə rolunu oynamaq istəmir.
Kik bir neçə televiziya şousunda və filmdə kiçik rollar oynayan aktrisadır. Onun atası ABŞ-ın 35-ci prezidentinin qardaşı oğludur.
Ben Afflekin keçmiş arvadı Cennifer Enistonla barışıqb, evlənmək istəməsi xəbərləri də yayılıb.