Eşq həmişə sevinc gətirmir. Şiddəti çox olanda öldürə də bilir.
Lent.az sevgi qurbanı olmuş, sevgilisi tərəfindən öldürülmüş məşhurlar barədə məlumat verir.
Tanınmış aktyor Mümtaz Sevinc 2006-cı ildə sevgili tərəfindən evində güllələnərək öldürülüb.
Müğənni Bergen 1989-cu ildə boşandıqdan 4 ay sonra keçmiş əri tərəfindən güllələnərək öldürülüb. Buna qədər əri onun üzünə kislota (Ortofosfor turşusu) tökərək bir gözünü kor etmişdi.
Aktrisa Feri Canselin gözəlliyi başına bəla olub. 1983-cü ildə sevgilisi onun başına 3 dəfə atəş açmaqla öldürüb.
Maniken və “Playboy” gözəli Doroti Stratten 1980-ci ildə ov tüfəngi ilə qətlə yetirildi. Qatil sevgilisiydi.
Məşhur atlet Reva Stenkmp 2013-cü ildə atlet sevgilisi tərəfindən güllələnərək öldürülüb. Səbəb sevgilisinin onu oğru zənn edərək, qorxunc yanlışlığa yol verməsiydi.
Aktrisa Dominqe Danne 1982-ci ildə öz “Otellosu” tərəfindən əllə boğularaq öldürülmüşdü.
Aktrisa Mari Trintiqnant 2003-cü ildə sevgilsi tərəfindən döyülərək dünyasını dəyişib.
Maniken Yuliya Loşagina 2013-cü ildə fotoqraf sevgilisi tərəfindən öldürüləndə cəmi 28 yaşı var idi.
Türkiyəli idmançı Dilara Özün 2015-ci ildə evinin hamam vannasında boğularaq öldürülmüşdü.
Aktrisa və rəqqasə Stefani Mosli 2014-cü ildə əri tərəfindən bıçaqlanaraq öldürülüb. Səbəb qısqanclıq idi.
Aktyor Veten Şaşmaz da sevgilisi tərəfindən öz evində öldürülmüş məşhurlardandır.