Teleulduz Kim Kardaşyan sevgi münasibətlərindən yorulduğunu və hələlik heç kimlə belə münasibətlərə başlamaq istəmədiyini bildirib.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, məşhur xanım son sevgilisi, komediya ustası Pit Devidsondan sonra yeni tanışlıqlara can atmadığını söyləyib.
42 yaşlı ulduz səbəb olaraq uşaqlarını göstərib.
“Kanye Uestlə nikahdan doğulmuş 4 uşağımın (2 qız və 2 oğlan) sevgisi mənə bəs edir. Həyatımdan məmnunam” - o bildirib.