Əməkdar artist Sevda Ələkbərzadə sosial şəbəkə hesabında paylaşdığı şəkillə diqqət çəkib.
Lent.az-ın məlumatına görə, müğənninin imici kardinal dəyişib. O sarı saçlarını qəhvəyi rəngə boyayıb, qaş formasına dəyişiklik etdirib.
Şəkildə Sevda xanımın üzünün çox zərif görünür. Onun göz və qaşlarının gicgahlara doğru dartılması, yanaqlarını quruluşunun bir xeyli fərqli görünməsi izləyiciləri heyran etməklə yanaşı estetik əməliyyatlar barədə suallar da yaradıb.
Şəklin fotoşop proqramından keçib-keçmədiyi bəlli deyil.