Rusiyanın ən qalmaqallı şou-biznes nümayəndəsi, balerina Anastasiya Voloçkova sərxoş halda Maldiv adalarından qayıdanda jurnalistlərlə dalaşıb.
Lent.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, reportyorlar Maldiv adalarından qayıdan rəqqasəni Moskva hava limanında qarşılayıblar. Sərxoş halda olan sənətçi sözləri çətinliklə tələffüz edib.
Müxbir Voloçkovadan təyyarədə içki içib-içmədiyini soruşduqda, həmçinin son vaxtlar rəqqasənin tez-tez ictimai yerlərdə sərxoş göründüyünü xatırladanda, balerina onu söyüb, bundan sonra mühafizəçinin qolundan tutaraq səndələyərək gedib.