Məşhur müğənni Serdar Ortaçın TikTok hesabı bağlanıb.
Lent.az-ın xəbərinə görə, TikTok hesabında canlı yayımlarda spirtli içki qəbul edən, siqaret çəkən və təhqiramiz sözlər deyən Ortaç bu qərara üsyan edib.
Müğənni deyib: “TikTok hesabımı bağladılar, sanki namus cinayəti törətmişəm. Ona görə "Instagram"a gəldim. “"Instagram"ı sevirəm, amma burada canlı yayım yoxdur”.
Spirtli içki və siqareti atdığını açıqlayan Ortaçın fikrincə, 35 ildir viski içən bir adam, bir gecədə ata bilərmi?
"Spirtsiz həyat inanılmaz dərəcədə gözəldirmi? Bu gün 23-cü gündür həm içkini, həm də siqareti eyni vaxtda atmışam”, - o vurğulayıb.
Ortaç bir fanatın maliyyə çətinliklərini aradan qaldırmaq üçün daşınmaz əmlak biznesi ilə məşğul olması təklifinə də belə cavab verib:
“Mən daşınmaz əmlakla məşğul ola bilmirəm. Nəsə almağa və ya satmağa fərasətim çatmaz”.