Serdar Ortac Bakıya konsert verməyə gəldi - Əlil arabasında
06 aprel 2024 10:19 (UTC +04:00)

Serdar Ortac Bakıya konsert verməyə gəldi - Əlil arabasında

Türkiyəli müğənni Serdar Ortaç konsert vermək üçün Azərbaycana gəlib.

Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edən müğənninin kulisdə  əlil arabasında hərəkət etməsi diqqət çəkib.

Lent.az-ın xəbərinə görə, onun əlil arabasındakı şəkillrini aparıcı Hacı Nuran Hüseynov paylaşıb.
Serdar Ortac səhnədə də yeriməyə çətinlik çəkib və rəqqas qızlardan yardım alıb.

Qeyd edək ki,  o, MS - dağınıq skleroz xəstəliyindən əziyyət çəkir. Bu xəstəlik  müğənninin baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasını zədələyib. Müğənninin sol ayağı iflic olub.

# 4113
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar