Yəhudi əsilli, 56 yaşlı məşhur aktrisa Selma Hayek "Sehrli Mayk: Sonuncu rəqs" filminin qala gecəsində diqqətləri özünə çəkib.
Lent.az xəbər verir ki, qala gecədə populyar aktrisa qara, transparan əlbisəsi ilə kameralara pozalar verib. Onun fotoları sosial şəbəkələrdə xeyli reaksiyaya səbəb olub.
Ekran işinin rejissoru Stiven Soderberq, ssenari müəllifi Rid Kerolindir. Filmdə baş rol ifaçıları Salma Hayek ilə birgə Çenninq Tatumdir.
Filmdə iflas edib pulsuz qalan və barmenlik etməyə başlayan "Sehrli" ləqəbli Mayk Leyn adlı şəxsdən söhbət gedir. Zəngin bir qadından rədd edə bilməyəcəyi təklif alan Mayk son dəfə rəqs etmək üçün Londona gedir. Ancaq qadının bu təklifindən sonra özünə aid başqa planları var. Filmdə erotik səhnələr də var.