Məşhur müğənni və aparıcı Seda Sayan evdə və qaldığı otellərdə hər zaman ağ corab geyinməsinin səbəbini açıqlayıb.
Lent.az-ın Türkiyə mediasına istinadla xəbərinə görə, müğənni maraqlı açıqlaması ilə diqqət çəkib.
“Əllərimin və ayaqlarımın ayrı-ayrı kremləri var. Ayaqlarım hər zaman kremli olduğu üçün corab geyinirəm. Çünki tərlik geyməkdən zəhləm gedir. Bundan başqa təmizlik işi görən xanımın evi təmiz süpürüb-süpürməməsindən əmin olmaq üçün ağ corab geyinirəm. Altı bulanarsa, o yer natəmizdir, orda qala bilmərəm”, - müğənni bildirib.
O həmçinin qeyd edib ki, evə təmizlikçi çağıranda qəsdən bəzi izlər buraxır, onların təmizlənib-təmizlənmədiyinə diqqət yetirir və işi buna görə qiymətləndirir.
“Təmizlik xəstəliyim var. Getdiyim bütün otellərə öz yastığımla gedərəm. Hər nə qədər üzlüklər dəyişdirilmiş olsa da, başqasının başı dəydiyi yastığa baş qoymaram. Oteldə ağ corabla gəzib təmizlik səviyyəsini ölçürəm”, - o bildirib.