Tanınmış müğənni Seda Sayan və əri Çağlar Okten xəstəxanaya yatırlıblar.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bu barədə Seda Sayan öz sosial şəbəkə hesabında məlumat verib.
Konsertdən sonra halı pisləşən müğənniyə təcili tibbi yardım göstərilib.
Qolundakı iynə ilə birlikdə şəklini paylaşan müğənni virusa yoluxduğunu yazaraq, hamıya özünü qorumağı, heç kimlə qucaqlaşıb, öpüşməməyi tövsiyə edib.
İlkin yardımdan sonra müğənni və ərinin müalicəsi evində davam etdirilir.