Tanınmış müğənni, aparıcı Seda Sayanın həyat yoldaşı Çağlar Öktenin doğum gününə hədiyyəsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Lent.az xəbər verir ki, o, ərinin başına tük əkdirib. İfaçı bu barədə "Instagram" hesabının hekayə bölümündə paylaşıb. Seda paylaşımında "Doğum günü hədiyyəsi çox yaraşdı" notunu yazıb.
Qeyd edək ki, onlar yaxınlarda eyni gündə əməliyyat olunublar. Seda Sayan silikonlarını yeniləyib, Çağlar Ökten də saç əkdirib.
Çağlar Ökten və Seda Sayan əməliyyatdan sonra