Müğənni Şəbnəm Tovuzlu qatıldığı teleproqramlardan birində maraqlı açıqlama verib.
Lent.az-ın xəbərinə görə, o əri Hacının anası ilə danışmadığını söyləyib.
“Qızım Günelin atasının anası, yəni birinci qayınanam Tairə xanım gözəl insandır, hər şeyi ondan öyrənmişəm.Onunla gözəl münasibətlərimiz var. Əllərindən öpürəm, onun kimi gözəl qayınana ola bilərəm. Tairə xanımı çox istəyirəm. İkinci qayınanamla (oğlu Əlinin atası Hacinin anası) münasibətlərimiz belə də. Nə yaxşıdır, nə də ki pis. Danışmırıq”,- deyə o bildirib.
Şəbnəm Tovuzlu "səhnədə ən açıq geyinən müğənnilər kimlərdir?" sualına cavab olaraq Aygün Kazımova, Röya, Səidə Sultan və Tünzalə Ağayevanın adlarını çəkib.