Xeyli vaxtdır efirlərdən uzaq düşən müğənni Samira Allahverdidən xəbər var.
Lent.az-ın məlumatına görə, ifaçı “Söz-baz” verilişində bildirib ki, sənətdən getməyib:
“Azərbaycandayam. Hər şey yaxşıdır. Artıq belə bir mühitdə yaşamağım yaxşıdır. 2022-ci ildə yeni mahnılar təqdim edəcəm. Səhnədən, sənətdən getməmişəm. Mən şou üçün yaranmamışam. Mən yalnız oxumaq üçün yaranmışam. Şou ilə məşğul olmuram. Bu il işlərim çoxdur. Məşhur sənətkarların repertuarlarından mahnılar yazdıracam. Yeni klip də çəkdirirəm”.