Şakira son sinqlı "Soltera"nın şərəfinə özünəməxsus bənövşəyi “Lamborghini” avtomobilini bir pərəstişkarına hədiyyə edəcək.
Lent.az-ın xarici mətbuata istinadla xəbərinə görə, 47 yaşlı kolumbiyalı ulduz öz səhifəsində belə yazıb:
"Mən subay həyatıma başlayanda bu avtomobil özümə hədiyyəm idi, lakin başa düşdüm ki, həqiqətən vacib olan insanlarla əlaqədir. Maşın, paltar, maddi şeylər bizi dəyişmir. Həqiqətən önəmli olan sevdiyimiz insanlar və qurduğumuz əlaqələrdir. Mən avtomobilimi həqiqətən istəyən birinə hədiyyə edəcəyəm və ən çox sevdiyim insanlarla yeni unudulmaz anlardan həzz alacağam!”