Şakira həbsdən  qurtulımaq üçün   bunu etdi
21 noyabr 2023 15:43 (UTC +04:00)

Şakira həbsdən qurtulımaq üçün bunu etdi

Dünya şöhrətli müğənni Şakira vergi fırıldaqçılığında ittiham olunur. Müğənni 2012-2014-cü illərdə ödəmədiyi 14,5 milyon dollarlıq vergi borcuna görə problem yaşayır.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, məhkəmə prosesinin başladığı gün Şakira həbsə düşməmək üçün prokurorla sövdələşməyə girib. O özünə qarşı səsləndirilən bütün ittihamlarla razılaşdığını və vergiləri ödəyəcəyini bildirib. O 7,3 milyon avro məbləğində vergi borcunu ödədikdən sonra 3 il müddətinə şərti qaydada azadlıqan məhrum olunacaq. Həbsə düşməmək üçün müğənni əlavə 432 min avro ödəyəcək.

Bununla belə məhkəmə sənədlərində Şakiranın vergi fırıldaqçılığı etməsi barədə qeyd   qüvvədə qalıb. Bu qeyd onun vergilərlə bağlı  digər rəsmi prosedurlarına da təsir edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5700
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar