Şahzadə Diananın yun jaketi  bir milyona   satıldı
15 sentyabr 2023 18:05 (UTC +04:00)

Şahzadə Diananın yun jaketi bir milyona satıldı

Mərhum şahzadə Diananın tez-tez geyinib, “Qara qoyun” adı verdiyi qırımızı yun jaketi hərraca çıxarılıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, üzərində ağ qoyun şəkilləri olan həmin jaket Diananın ölüm günündə satışa çıxarılıb və 1,14 milyon dollara alınıb.

Diananın nişanlı olduğu dövrdə polo oyununda geyindiyi bu jaket məşhurlaşmış, istehsalçı firmanı bir dünya markasına çevirmişdi.

Hər şeyə bir anlam verməyi sevən kraliyyət ailəsi ağ qoyun şəkillərinin içində bir qara qoyun rəsminin təsvirini Diananın bu ailə içində seçilməsinin və qəbul  edilməməsinin rəmzi kimi qiymətləndirir.

Dianaya məxsus “Qara qoyun”  jaketinin bir nümunəsi  də “Viktoriya və Albert” muzeyində qorunur.
 

# 2298
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar