Şahrux Xan Azərbaycandan DANIŞDI -  “Gələcəm”
03 noyabr 2023 19:32 (UTC +04:00)

Şahrux Xan Azərbaycandan DANIŞDI - “Gələcəm”

 “TikTok” sosial şəbəkəsində canlı yayıma çıxan Bollivud ulduzu, dünya şöhrətli Şahrux Xan azərbaycanlı fanatlarının suallarına cavab verib.

 Lent.az-ın xəbərinə görə, aktyor Azərbaycanı tanıdığını və bura gəlmək istədiyini söyləyib.

“Biz uşaq olanda evdə atamızla oyun oynayardıq. Müəyyən hərflə başlayan ölkə adlarını çəkirdik və tez-tez Azərbaycan adını işlədirdik. Bir gün Azərbaycana gələcəm”, - o bildirib.

Aktyor nə zaman səfər edəcəyi barədə fikir bildirməyib.


1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 35406
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar