Müğənni Hadisə maraqlı açıqlama verib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, o bildirib ki, Türkiyəyə gələndən bəri, ayda iki dəfə saçlarını boyatmaq üçün Belçikaya uçur.
“Saçlarımı orda bərbərim var, ondan başqa heç kimə etibar edə bilmirəm. Uşaqlıq dostumdur. 30 ildir saçlarıma qayğını o göstərir. Gələndə qulluq vasitələrimi də verir. Elə olur ki, ayda iki dəfə saçlarım üçün Belçikaya uçuram. Sarı saçlara qulluq eləmək asan deyil”, - o bildirib.