Rusiyalı dizaynerin Ermənistana girişinə qadağa qoyuldu
18 noyabr 2025 04:37 (UTC +04:00)

Rusiyalı dizaynerin Ermənistana girişinə qadağa qoyuldu

0

Ermənistan hökuməti rusiyalı dizayner Artemi Lebedevin ölkəyə girişini qadağan edib.

Oxu.Az bildirir ki, bu barədə "Ateo Breaking" öz mənbələrinə istinadən xəbər verir.

Ötən gün Ermənistan parlamentinin spikeri Alen Simonyan Lebedevi "təbliğatçı" və "mediacırtdan" adlandırıb və ona ölkənin daxili işlərinə dair bəyanatlar verməkdən çəkinməyi məsləhət görüb.

Tərəflər arasında mübahisəyə səbəb Lebedevin Ermənistanın baş naziri Nikol Paşinyanın "erməni konyakı" ilə bağlı açıqlamasını tənqid etməsi olub.

Paşinyan bildirmişdi ki, "erməni konyak"ını başqa cür adlandırmaq lazımdır, çünki konyak yalnız eyniadlı Fransa şəhərində istehsal olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 164

Oxşar yazılar