Özbək əsilli müğənni Nərgiz Zakirova Rusiya şou-biznesini ikiüzlü adlandırb.
Lent.az-ın məlumatına görə, Ukraynanı müdafiə etməsi səbəbilə Nərgizin Rusiyaya girişi 2072-ci ilə qədər qadağan edilib.
Nərgiz rusiyalı jurnalistlərdən birinə verdiyi müsahibədə prinsipial olduğuna görə rusiyalı artistlər tərəfindən qəbul olunmadığını, müğənni Şuradan başqa heç kimlə dostluq etmədiyini deyib.
“Rusiyada göz önündə olmaq üçün yalan deməli, saxtakarlıq və yaltaqlı etməli, satmalı və lazım olan kişilərlə yatmalısan. Mən bunu qəbul edə bilmədim”.