“Artıq yoruldum: "trollar", saxta səhifələri yaradanlar, millətin fikrini yönəldənlər ağıllı olun. “İP” adresləriniz artıq lazimi orqanlardan tapılıb. Çörəyimizi yeyib, bacı deyənlər...”.
Lent.az xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli sosial şəbəkə hesabında canlı yayımda deyib.
Müğənni onu təhqir edən şəxsləri hüquq mühafizə orqanlarına şikayət edəcəyini bildirib:
“Desəm, başa düşərlər. "Bir mahnısı var" demək nədir? 24 ildir sənətdəyəm, işlədiyiniz müğənnilərdə heç məndə olan arxiv yoxdur. Çox ulduzlarınızın sponsoru mən olmuşam. Sizi mələdəcəyəm, qanun çərçivəsində. Bilirsiniz sosial media, internet tərəfindən qoyulan qanunlar var. Səhifə açıb 3-4 banlayanları reklam edirsiniz. Kişilikdən əlamətiniz yoxdur, saxta profil açıb, kişi şəkli qoyursunuz. İndi ora qoyduğunuz fotoların da araşdırması gedəcək, özləri dəvət olunacaq və onlar da sizi mələdəcək. Ödənişinizi də bilirik, ağıllı olun”.