Roza Zərgərli üsyan etdi  - "Onlar həkim deyil, insan öldürəndilər"
03 avqust 2023 12:02 (UTC +04:00)

Roza Zərgərli üsyan etdi - "Onlar həkim deyil, insan öldürəndilər"

Müğənni Roza Zərgərli keçirdiyi əməliyyatdan narazı qalıb və sosial şəbəkə hesabında canlı yayım edərək həkimlərə qarşı üsyan edib.

Lent.az-ın xəbərinə görə, o arıqlamaq üçün mədəqatlatma əməliyyatı etdirdiyini, lakin əməliyyatdan çıxandan sonra tez-tez özündən gedib yıxıldığını bildirib.

"Tanıdığım həkimə müraciət etdim. Məsləhət gördü ki, mədəqatlama əməliyyatı edək,  razılaşdım. Bariatrik metabolik cərrah Aslan Abdullayevlə danışdım, analiz etdirdim, dedilər ürəyinizdə su var. Mayın 2-də mən və yaxın bir insanımı əməliyyata saldılar. Pulumu verdim, əməliyyatımı etdirdim. Yaxınım əməliyyatın ortasında narkozdan ayılıb, həkimlərə əl atıb. Mən isə iki gündən sonra reanimasiyadan çıxdım. Mayın 7-də konsertə getməli idim, getdim. Sən demə, əməliyyatdan sonra maye yığılan vasitə tez çıxarılıb, maye qarnıma dolub. Əgər mən dar paltar geyinməsəydim, ağrım olmasaydı çirk, maye qarnıma yığılıb, bir gecə öləcəkdim. Sonra da hamı deyəcəkdi ki, plastik əməliyyatdan ölüb. Konsertdə vəziyyətim pisləşdi, təcili yardım çağırdım.

Aslan həkim dedi ki, heç nə olmayıb. Bir neçə dəfə ürəyim getdi. Məlum olub ki, əməliyyat vaxtı dalaq və mədəaltı vəzimi zədələyiblər. Aslan və klinikanın rəhbəri İlham həkim insan öldürənlərdir. Hər iki həkimə deyirəm ki, təzminat ödəyin. Həkimlərin lisenziyası alınmamış, klinika bağlanmamış əl çəkən deyiləm",- deyə o bildirib.

Lent.az adı çəkilən həkimlərə müraciət edərək onların da fiklərini öyrənməyə cəhd etsə də cavab ala bilmədi. Cəhdlərimiz davam edir. Həkimlərin fikrini də dərc etməyə hazırıq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6555
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar