Müğənni Roza Zərgərli qazi Musa Hüseynovun evinə yollanıb.
Lent.az xəbər verir ki, ifaçı ayağından yaralanan hərbçimizə toyunu edəcəyinə söz verib:
"Sənin üçün əlimdən ancaq bu gəlir, toyunu özüm edəcəm. Bütün hər şeyi boynuma götürürəm. Bir də hansı müğənnini istəsən, bura gətirəcəm. Toyunu bütün Tovuz əhli üçün edirəm".
Musa bildirib ki, müharibədə sona kimi gedə bilmədiyinə məyus olub:"Qazi olmasaydım hərbidə qalacaqdım. Komandirimə də demişdim ki, getməyəcəm, qalacam. Amma belə oldu. Təkcə ona pis oluram ki, sona kimi gedə bilmədim. Yaralananda da qorxmadım. Öz istəyimlə getmişəm. Minadır düşdü, partladı. Olan işdir".