Xalq artisti Röya Ayxan Röya özünün “Instagram” hesabının hekayə bölməsində Əməkdar artist Aygün Bəylərin məzarına göndərdiyi əklilin fotosunu paylaşıb.
Lent.az-ın xəbərinə görə, Röya Aygün Bəylərə “sənətkar” deyə xitab edib, onun haqqında bu fikirləri yazıb.
“Sənətkar, ruhunuz şad olsun. Çox heyif. Sizinlə tanış ola bilmədik. İnanıram ki, siz məni çox istəyərdiz. Çünki biz sizi sevirdik”, - deyə Xalq artisti qeyd edib.
Qeyd edək ki, Röya Ayxan Aygün Bəyləri məhkəməyə vermişdi. Çünki, ötən il ARB-də “Səhər-səhər” verilişinin qonağı olan Aygün Bəylər xalq artisti Röya Ayxanı sənətkar hesab etmədiyini bildirmiş, xoş olmayan ifadələr işlətmişdi. Aygün Bəylər aparıcı Elgiz Əkbərin yenə də Röyaya “sənətkar” deməsi ilə razılaşmayıb verilişi tərk etmişdi. Röya Ayxan buna görə Aygün Bəyləri məhkəməyə vermişdi.
Əməkdar artist Aygün Bəylər uzun sürən xəstəlikdən sonra yanvar ayının 7-si, gecə saatlarında Ankarada müalicə aldığı xəstəxanada vəfat edib.