Röya Ayxan Roza Zərgərlinin qızına dəstək çıxdı
25 dekabr 2020 13:15 (UTC +04:00)

Röya Ayxan Roza Zərgərlinin qızına dəstək çıxdı

Röya Roza Zərgərlinin qızından yazdı: "Əlinizi vicdanınıza qoyun"

"Bir az vaxt tapıb İnstagram səhifələrində bəzi xəbərləri oxudum, şərhlərə də baxdım. Çox məyus oldum. Bilmədən, öyrənmədən bir insana necə böhtan atıla bilər? Hələ o, gənc bir qızdırsa...".

Lent.az xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan sosial şəbəkədə yazıb. Müğənni Roza Zərgərlinin qızı Bənövşənin ünvanına yazılan tənqidlərə münasibət bildirib:

"Başqasını əzmək istəyənlər fikirləşsin ki, hər kəsin evində balası, ailəsi var. Olmayan şeyləri şişirtməyək. Mənim nə həmkarım Roza Zərgərli, nə də qızı ilə yaxınlığım var. Bu məsələni dəqiqləşdirən, araşdıran biri kimi deyirəm, belə bir şey yoxdur. İnanın mənə! Bu günədək az sayda bu mövzulara münasibət bildirmişəm. Amma bu böhtana, təhqirə susa bilmədim. Necə birinin üstünə gedib, onu təhqir etmək, psixoloji zərbə vurmaq, taleyini qaralamaq, ləkə yaxmaq olar? Sözlər birindən digərinin ağzına keçir, üstünə də qoyulur, yalanlar düzülür ard-arda. Bu həssas dövrdə hər kəsdən rica edirəm. Şərh yazarkən diqqətli olun, əlinizi vicdanınıza qoyun. Paylaşımı görüb də, anında inanmayın. Hər kəsə təşəkkür edirəm".

# 12759
avatar

Yalçın UĞUR

Oxşar yazılar