Xalq artisti Röya Ayxan koronovirus ( Covid – 19 ) infeksiyasına qarşı peyvənd olunub. Lent.az-ın məlumatına görə, müğənni bu barədə özü sosial şəbəkədəki səhifəsində bildib:
“Bu gün könüllü olaraq peyvənd olundum. Düzü, belə gözləmirdim. Heç bir əlavə təsiri olmadı, özümü çox yaxşı hiss edirəm. Bir də 21 gün sonra ikinci doza vurulacaq. Bu virus bəlasından xilas olmaq üçün vaksin vurdurmağı məsləhət görürəm. Qorxmayın, hər şey yaxşı olacaq. Allah köməyimiz olsun”.