Müğənni Kərim Abbasov qonaq olduğu “Xəbərin var?” maqazin verilişində maraqlı açıqlamalar verib.
Lent.az-ın xəbərinə görə, o bildirib ki, müğənni Rəqsanə İsmayılova hazırda həbsdə olan prodüser Təranə Səmədovaya görə gələcəkdə çox peşman olacaq.
“Rəqsanənin elədiyini mən etməzdim. Mən uşaqların anası Təranə Səmədovanı tanıdığıma, hansı xasiyyətə malik olduğuna və gələcəkdə ondan nə bəlalar gələcəyini bilirəm deyə bu addımı atmazdım. Rəqsanə ilə Təranənin davaları hələ qabaqdadır. Rəqsanə uşaqlara sahib çıxdığına və elədiyi yaxşılıqlara görə çox peşman olacaq. Təranəni çox yaxşı tanıyıram, ona görə də bu fikirdəyəm”,- deyə Kərim qeyd edib.
Kərim sosial şəbəkələrdə onun ünvanına yazılan təhqirlərə də cavab verib.
“Elə bilirlər Təranənin qızlarının atası mənəm. Mənim Təranədən övladım yoxdur, olmayıb. Suel mənim qızım deyil. Mən övladımdan imtina etsəm ən şərəfsiz ata olardım. Suelin atasının kimliyi hamıya bəllidir. Mənim bir oğlum var. Başqa qadından övladım yoxdur”,- deyə o bildirib.
Qeyd edək ki, müğənni Kərim və prodüser Təranə Səmədova bir müddət evli olduqdan sonra qalmaqallı şəkildə boşanıblar.
Təranə Səmədova hazırda həbsdə olduğu üçün onun 2 qızına müğənni Rəqsanə hamilik edir.