Rəqsanə qızının nişanından 1 həftə sonra TOY EDƏCƏK - TARİX AÇIQLANDI 
10 yanvar 2022 20:26 (UTC +04:00)

Rəqsanə qızının nişanından 1 həftə sonra TOY EDƏCƏK - TARİX AÇIQLANDI 

Müğənni Rəqsanə İsmayılovanın müğənni qızı Aysun İsmayılovanın nişanı yanvarın 26-da Moskvada olacaq.

Lent.az-ın əldə etdiyi məlumata görə, ifaçının özəl günü mediaya qapalı keçiriləcək. Onların xoş gününə yalnız cütlüyün qohumları qatılacaq. Aysunun nişan tarixini yanvarın 26-da etməsi əbəs yerə deyil. O özəl gününü atası Fazil bəyin ad günü tarixində qeyd edəcək. 

Lent.az əldə etdiyi digər məlumata görə isə, R. İsmayılova fevralın 5-də  oğluna kiçik toy edəcək. Həmin toya isə xeyli sayda məşhur dəvət edilib.
 

# 5016
avatar

Yalçın UĞUR

Oxşar yazılar